"Real"la danışıqları dayandırdı

12:23 - 29 Dekabr 2016

İspaniya millisinin üzvü İsko “Real”la müqavilənin yenilənməsi üçün aparılan danışıqları dayandırıb.

 

Sportal.az xəbər verir ki, buna futbolçunun futbolçunun az oynaması səbəb olub. "AS" qəzetinin yadığı xəbərə görə, İsko daha çox oynamaq niyyətindədi. O, bu səbəbdən də "Real"a danışıqları iyun ayına qədər dayandırıb. Futbolçunun gələcək taleyi ilə bağlı verəcəyi qərar qazanacağı şansdan asılı olacaq. Əgər yarımmüdafiəçi istədiyi qədər oynamasa, komandanı tərk edəcək.

 

Qeyd edək ki, "kral klubu" İtaliya klublarının maraq dairəsində olan 24 yaşlı futbolçusuna 6 illik yeni müqavilə təklif edib. 

 

Xəbər xətti