Çinin "Pekin Qoyan" və “Quançjou Everqrand” klubları “Barselona”nın futbolçusu Arda Turan xidmətində maraqlıdırlar.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən klublar Arda üçün Katoloniya təmsilçisinə 40 milyon avro ödəməyə hazırdırlar. "Sport" qəzetinin məlumatına görə, hər iki klub türk yarımmüdafiəçiyə 3 illik müqavilə və illik 15 milyon avroluq müqavilə təklif edib.
Ancaq mənbə Ardanın "Barsa"nı tərk etməyəcəyini də qeyd edib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü "Barselona"ya Madridin "Atletiko" klubundan transfer olunub.
saytlarin hazirlanmasi