"Barselona"nın futbolçusu Andres İnyesta açıqlama verib.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasına "Barselona"da son qoymaq istədiyini açıqlayıb:
"Ümid edirəm ki, belə də olacaq. Bu, mənim çoxdankı arzumdur. Hər şeyin yeni olduğu bir işə başlayanda, onun necə davam edəcəyini bilmirsən. Bütün uğurlarıma və istəklərimə bu klubla birgə çatmışam. Buradan ayrılandan sonra həyatımın necə dəyişəcəyini düşünə bilmirəm. Lakin futbolla bağlı bir yolla irəliləyəcəm. Karyeramdan sonra da burada qalmaq istəyirəm. Buna gələcəkdə qərar verəcəm. İstənilən halda "Barselona"dan ayrılmaq çox çətindir. Ailəndən, sevdiyin insanlar olan bir yerdən heç cür uzaqlaşmaq istəmirsən".
saytlarin hazirlanmasi