Ardadan Çin açıqlaması

01:09 - 30 Dekabr 2016

Türkiyə millisinin və "Barselona"nın üzvü Arda Turan adının Çin klubları ilə birgə hallanmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Arda yayılan iddiaların əsassız olduğunu deyib: "Mətbuat Çin klublarından təklif aldığımı yazır. Ancaq mənim bundan xəbərim yoxdur. Bu işlər həmişə belə olur. "Barsa" ilə 33 yaşıma qədər müqaviləm var. Mən "Barselona"da çox xoşbəxtəm, rəhbərlik də mənim işimdən razıdır. Ən böyük arzum "Barselona" ilə birgə Çempionlar Liqasını qazanmaqdı".

 

Qeyd edək ki, İspaniyanın "Sport" nəşri Çinin iki klubunun Arda üçün Katoloniya təmsilçisinə müraciət etdiyini iddia etmişdi.

Xəbər xətti