Çin klubundan Arda Turan açıqlaması: "Ağlınızı itirmisiz?"

12:59 - 30 Dekabr 2016

Türkiyə millisinin və "Barselona"nın üzvü Arda Turan adının Çinin "Pekin Qoyan" klubuyla hallanmasından xəbərdarsız.

 

Sportal.az xəbər verir ki, Çin klubunun baş məşqçisi Xose Qonsales şayiələrə münasibəti belə olub: "Arda Turan? Bizim kluba gəlir? Ağlınızı itirmisiz? 2 ildir ki, bu klubdayam. Burada işlərin necə getdiyini bilirəm. Bizim komandamızda məntiqli işlər görülür və ağıllı hərəkət edirik. Biz Arda Turanla maraqlanmırıq. Ardanı kim transfer edirsə, etsin. Çox uğurlu transfer olacaq. Üst səviyyədə oynayan futbolçudur. Çox ulduzların Çinə gələcəyi haqda xəbərlər dolaşır. Unutmayın ki, bizdə legioner limiti var. Start heyətdə yalnız 4 əcnəbi futbolçu çıxış edə bilər".

 

Mütəxəssis Çin klublarının transferlərə böyük məbləğdə pul ayırmasından danışıb:

 

"Çin futbola böyük yatırımlar edir. Aşağı yaşı qruplarına da diqqət yetirilir. Yaponiya və Koreya ilə rəqabət aparmaq üçün bu qədər pul xərclənilir. Əsas məqsəd dünyanın ən yaxşı futbol ölkəsinə çevrilməkdir. Çoxlu futbol məktəbləri açılıb. Ölkədə tək transferlərə deyil, futbola aid hər şeyə pul ayrılır".

 

Xatırladaq ki, Xose Qonsales ölkəsi İspaniyada "Kadiz", "Kordoba" və "Qranada" kimi klubları çalışdırıb.

Xəbər xətti