“Qalatasaray” “Barselona”nın müdafiəçisi Aleş Vidalı heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb.
Sportal.az xəbər verir ki, İstanbul klubu ispaniyalı oyunçunu transfer etmək üçün razı sala bilməyib. 27 yaşlı futbolçu "Qalatasaray"da oynamağı düşünmədiyini bildirib.
Qeyd edək ki, ötən yay 18 milyon avro qarşlığında "Sevilya"dan transfer edilən Vidal "Barselona"da əsas heyət oyunçusu deyil.
saytlarin hazirlanmasi