Braziliya millisinin və "Barselona"nın futbolçusu Neymar gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu ölkəsində oynamaq istədiyini deyib: "Gələcəkdə "Flamenqo"nun uğurları üçün çalışmaq istərdim. Bu, mənim üçün şərəf olardı. "Marakana" stadionunda meydana çıxmaq hər bir braziliyalı futbolçunun arzusudur".
Qeyd edək ki, Neymar 2013-cü ildə Braziliyanın "Santos" klubundan "Barselona"ya transfer olunub.
saytlarin hazirlanmasi