“Real”ın futbolçusu Kriştiano Ronaldo oğlu barədə danışıb.
Sportal.az xəbər verir ki, ulduz futbolçu bildirib ki, bəzi insanlar oğluna atasından da yaxşı futbolçuların olduğunu deyirlər. Kriştiano bütün bunlara baxmayaraq, oğluna nəzakətli olmağı tövsiyə etdiyini bildirib:
“Bəzən insanlar oğluma deyirlər ki, sənin atandan da yaxşı futbolçu var. Amma o, buna necə reaksiya vermək lazım olduğunu bilir. O, ağıllı oğlandı, mənim kimi. Ona tez-tez deyirəm ki, özünəməxsus və nəzakətli ol. Bilirəm ki, oğlum həyatda çətin dövrləri arxada qoymalıdı. Çünki çox paxıl adamlar var. Amma əminəm ki, o, xoşbəxt uşaq olacaq”.
saytlarin hazirlanmasi