“Çelsi”nin yarımmüdafiəçisi Con Obi Mikel karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçu karyerasını “Valensiya”da davam etdirmək qərarına gəlib. 29 yaşlı futbolçu "yarasalar"la 4 illik müqavilə imzalayacaq.
Obi Mikel 11 ildi “Çelsi”nin şərəfini qoruyur. O, cari mövsümdə şans qazanmayıb.
Xatırladaq ki, Nigeriya millisinin kapitanının xidmətində Çin klubları da maraqlı idi. Ancaq Mikel İspaniyada oynamağa üstünlük verib.
saytlarin hazirlanmasi