Ronaldo "Sevilya"ya qarşı oynamayacaq

17:18 - 12 Yanvar 2017

"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokununun 1/8 finalında "Sevilya" ilə cavab oyununu buraxacaq.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan bu dəfə də 31 yaşlı hücumçuya istirahət verib.

 

Qeyd edək ki, Ronaldo eyni səbəbdən "Sevilya" ilə ilk oyunu da buraxmışdı.

 

Əlavə edək ki, "Sevilya" - "Real" görüşü yanvarın 13-ü keçiləcək. Bu komandalar arasında ilk matçda Madrid klubu 3:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti