İspaniya La Liqasında növbəti baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Sportinq"in baş məşqçisi Abelardo Fernandes vəzifəsindən qovulub. Bu barədə qərar Xixon təmsilçisinin direktorlar şurasının iclasında qəbul olunub. İclasda komandanın göstərdiyi nəticələr müzakirə olunub və qənaətbəxş hesab edilməyib. Bundan sonra məşqçi ilə yolların ayrılması barədə qərar çıxarılıb.
Klubun rəsmi saytı bəyan edib ki, yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək.
Xatırladaq ki,, Fernandes 2014-cü ildən "Spotinq"i çalışdırırdı.
saytlarin hazirlanmasi