Qaret Beyl məşqlərə başlayır

11:40 - 24 Yanvar 2017

"Real"ın uelsli futbolçusu Qaret Beyl bu həftə topla məşqlərə başlayacaq.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu hələ ki, fərdi məşqlərlə kifayətlənəcək. Onun bir müddət fərdi məşqlərdən sonra kollektivlə birlikdə çalışmalara qatılacağı gözlənilir. Ulduz futbolçunun mart ayının əvvəlində yaşıl meydanlara dönəcəyi planlaşdırılır.

 

Xatırladaq ki, Beyl Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Sportinq"ə 2:1 hesabı ilə qalib gəldikləri matçda zədələnib daha sonra əməliyyat olunmuşdu.

Xəbər xətti