"Jurnalistlərə heç kim satqın demir"

13:13 - 29 Yanvar 2017

"Barselona"nın baş məşqçisi Luis Enrike futbolçuların Çinə transfer olmasından danışıb.

 

Sportal.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunçuların Çinə getməyini yaxşı hal hesab edib:


"Əgər futbolçular Çinə gedib pul qazana bilirsə, bu yaxşıdı. Bu hadisə bütün peşələrdə ola bilər. Jurnalistlər də yaxşı təklif alsa, keçmiş iş yerini tərk edir və heç kim onlara satqın demir. Ancaq futbolda bir qədər fərqlidi. Mənim özümə gəlincə, gələcəkdə nə olacağını bilmirəm. Çinə getməkdən başqa, bir həftə ərzində nələr olacağını da deyə bilmərəm"

 

Qeyd edək ki, 46 yaşlı çalışdırıcı 2014-cü ildən "Barselona"nı çalışdırır.

Xəbər xətti