İspaniya La Liqasının XXI turu çərçivəsində bu gün keçirilməli olan “Selta” - "Real" qarşılaşması təxirə salınıb.
Sportal.az xəbər verir ki, matçın keçirilməməsinə Viqo şəhərindəki əlverişsiz hava şəraiti səbəb olub. Qarşılaşmanın hansı tarixə keçirildiyi hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, bu, XXI turda təxirə salınan ilk oyun deyil. Belə ki, turun açılış qarşılaşması – “Deportivo” – “Betis” matçı da La Korunya şəhərində əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı.
saytlarin hazirlanmasi