"Real"ın təxirə salınan oyununun vaxtı müəyyənləşdi

19:56 - 6 Fevral 2017

İspaniya çempionatının XVI turunun “Real” – “Valensiya” oyununun tarixi məlum olub.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun klublararası dünya çempionatında iştirak etdiyi üçün təxirə salınan matç fevralın 22-də keçiriləcək.
 
“Real”ın La Liqanın XXI turunda “Selta” ilə təxirə salınan oyununun vaxtı isə hələlik müəyyənləşməyib.
 
Qeyd edək ki, “Real” ehtiyatda iki oyununun olmasına baxmayaraq, 46 xalla liderdir. "Barselona" 45 xalla 2-ci, "Sevilya" 43 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti