Beyl kollektiv məşqlərə başladı

11:35 - 13 Fevral 2017

"Real"ın futbolçusu Qaret Beyl zədəsini sağaldıb. 

 

Sportal.az xəbər verir ki, uzun müddətdi yaşıl meydanlardan kənarda qalan və fərdi məşqlərlə kifayətlənən futbolçu ötən gün  kollektivlə birgə çalışıb. Bu da, uelsli futbolçunun qarşıdakı oyunlarda komandaya kömək edəcəyi deməkdir. 

 

Qeyd edək ki, Beyl ötən ilin noyabr ayının 23-də Çempionlar Liqasında Lissabonun "Sportinq" klubu ilə görüşdə ciddi zədə almışdı. O, həmin vaxtdan yaşıl meydanlara çıxa bilmirdi. 

Xəbər xətti