"Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə PSJ-ə məğlub olub. - 4:0.
Sportal.az xəbər verir ki, Katoloniya təmislçisinin baş məşqçisi Luis Enrike darmadağınla başa çatan oyunu belə şərh edib. “Faciəvi gecə idi. PSJ həm topla, həm də topsuz oyunda bizdən üstün təsir bağışladı. Qeydə alınan nəticə meydandakı oyunun göstəricisidi. İzah gətirmək mümkün deyil. Bu məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Əgər bizdən birini günahkar kimi qələmə vermək istəyirsizsə, bu mənəm. Çünki futbolçularım əvvəlki oyunlarda qələbələr qazanmaqla, azarkeşlərə çox sevinc bəxş ediblər. Taktiki sxemi dəyişib, 4-3-3-dən 4-2-3-1-ə keçdik. Məqsəd Messinin topu daha çox qəbul etməsi idi. Lakin heç nə alınmadı. PSJ yüksək təzyiq göstərərək, bizə imkan vermədilər. Bu gün açıq-aşkar zəif idik”.
Mütəxəssis mətbuat konfransının gedişində özündən çıxıb. Belə ki, TV3 kanalının əməkdaşı Xordi Qraunun taktika ilə bağlı verdiyi sual ispaniyalı çalışdırıcını qəzəbləndirib. Jurnalistin üstünə şığıyan Enrikenin qarşısını 3 nəfər güclə kəsib. O, “Mənə toxunmayın. Görərik, qələbə qazandığımız oyundan sonra da sən bu tonla danışacaqsan?” deyib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 8-də "Barselona"nın meydançasında keçiriləcək.
saytlarin hazirlanmasi