"Barselona"da Luis Enrike dönəmi başa çatır?

16:40 - 16 Fevral 2017

“Barselona” baş məşqçisi dəyişmək qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, bu haqda İspaniyanın “AS” qəzeti məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar klubun prezidenti Xosep Mariya Bartemou yaxın günlərdə idman direktorları Robert Fernandeslə görüşəcək. Görüşdə yeni baş məşqçi ilə konkret danışıqlara başlamaq üçün göstəriş veriləcək.

 

Qeyd edək ki, bu yaxınlara qədər “Barselona”nın Luis Enrike ilə müqavilənin müddətini uzatmaq istədiyi bildirilirdi. Amma komandanın Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:4 hesablı məğlubiyyət, eləcə də La Liqada lider “Real”dan geri qalması səbəbindən klub rəhbərliyinin fikrini dəyişdiyi iddia edilir.

 

Xatırladaq ki, Luis Enrikenin klublar müqaviləsi 2017-ci ilin yayında başa çatır.

 

Bundan başqa, qeyd edilir ki, futbolçular Luis Enrikenin oyun taktikasından və əvəzetmələrindən narazıdır. Futbolçular inanırlar ki, Luis Enrike müqaviləsi başa çatan kimi “Barselona”nı tərk edəcək.

Xəbər xətti