"Barselona"da baş məşqçi məsələsinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Katoloniya təmsilçisi Luis Enrike ilə yollarını ayırmağı düşünmür. Bu barədə məlumatı klubun prezidenti Xosep Mariya Bartomeu verib. Klub rəsmisi Enrike ilə yeni müqavilə imzalamaq niyyətində olduqlarını deyib:
"Bizim apreldə Luis Enrike ilə danışıqlara başlamaq niyyətimiz var. Hədəfimiz onunla uzunmüddətli müqavilə imzalamaqdı. Başqa planımız yoxdur".
Qeyd edək ki, 46 yaşlı çalışdırıcı 2014-cü ildən "Barselona"nı çalışdırır.
saytlarin hazirlanmasi