"Barselona" tarixində ilk

17:54 - 20 Fevral 2017

İspaniya La Liqasının 24-cü turunda səfərdə "Leqanes"i Lionel Messinin son dəqiqədə penaltidən vurduğu qolla 2 - 1 hesabıyla məğlub edən "Barselona"nın 118 illik tarixində bir ilk baş verib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu,Kataloniya təmsilçisinin start heyətiylə bağlıdı. Belə ki, klubun tarixi ərzində ilk dəfə meydana start heyətdə yalnız bir ispan futbolçu çıxıb. Əsas heyətdə yer alan futbolçulardan 10-u legioner olub.

 

"Barselona" "Ieqanes"lə matça aşağıdakı heyətlə çıxıb:

 

Ter Ştegen (Almaniya), Samuel Umtiti (Fransa), Jeremi Mateyu (Fransa), Lukas Din (Fransa), İvan Rakitiç (Xorvatiya), Rafinya (Braziliya), Serxi Roberto (İspaniya), Andre Qomes (Portuqaliya), Luis Suares (Uruqvay), Lionel Messi (Argentina), Neymar (Braziliya)

Xəbər xətti