"Sevilya"nın prezidenti Xose Kastro son zamanlar adı "Barselona" ilə hallanan komandanın çalışdırıcısı Xorxe Sampaoli haqda açıqlama verib.
Sportal.az xəbər verir ki, klub rəhbəri argentinalı mütəxəssisdən məmnun olduqlarını bildirib:
"Sampaolinin komandana qalmasını istəyirik. Onun hücum oyunu bizi qane edir və sevindirir. Ona yeni müqavilə təklif edəcəyik".
Qeyd edək ki, 56 yaşlı mütəxəssis ötən ildən "Sevilya"nı çalışdırır. Əndəlüsiyalılar La Liqada 23 turdan sonra 49 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi