“Qarabağ”ın futbolçusu Migel Markos Maderanın (Miçel) atası Mişel Markos oğlunun yetirməsi olduğu İspaniyanın “Sportinq” klubunu tərk etməsinin səbəblərini açıqlayıb.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniyanın 3-cu divizionunda çıxış edən "Lenense" klubunun prezideni olan Mişel Markos oğlunun "Sportinq"i maliyyə problemlərinə görə tərk etdiyini deyib:
“Miçel məcburiyyət qarşısında bu addımı atdı. Vəziyyətin düzəlməsini gözləyirdi. Amma maliyyə məsələlərinə görə, Miçel “Sportinq”i tərk etdi”.
Xatırladaq ki, Migel Markos Madera 2005/10-cu illərdə “Sportinq”də çıxış edib. 31 yaşlı yarımmüdafiəçi Xixon təmsilçisindən sonra “Birmingem” (İngiltərə), AEK (Yunanıstan), “Xetafe” (İspaniya) klublarında çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildə İsrailin “Makkabi” (Hayfa) komandasından "Qarabağ"a keçib.
saytlarin hazirlanmasi