Braziliyalı məşhur futbolçu Ronaldinyo açıqlama verib.
Sportal.az xəbər verir ki, 36 yaşlı ulduz 2015-ci ildən sonra heç bir klubda oynamamasına və məşqçi kimi fəaliyyət göstərməməsinə bu cür aydınlıq gətirib:
“Narahat olmayın, hər şey qaydasındadır. Oynadığım klublara və mənə verdiyi hər bir şeyə görə Tanrıya minnətdaram. Hər şeyə addım-addım getməliyəm”.
Ronaldinyo “Barselona”nın heyətində bərabər mübarizə apardığı komanda yoldaşı Messi haqqında da isə bunları deyib:
“Mən Messiyə bir az daha çox öyrətməliyəm”.
Qeyd edək ki, Ronaldinyonun oynadığı sonuncu klub “Fluminense” olub. Braziliyalı hazırda 2003/08-ci illərdə çıxış etdiyi “Barselona”nın səfiri vəzifəsində çalışır.
saytlarin hazirlanmasi