"Barselona" mövsümün sonunda baş məşqçisi Luis Enrike ilə yolları ayıracaq.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, bu haqda mütəxəssisin özü İspaniya La Liqasının 25-ci turunda "Sportinq"i 6:1 hesabı ilə darmadağın etdikləri oyundan sonra mətbuat konfransında bildirib. O, mövsümün sonununda klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Klubun prezidenti Xosep Bartomeu Enrikenin qərarından danışıb: "Luis Enrikenin qərarını qəbul etdik. Möhtəşəm baş məşqçidir. İndi mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq".
Qeyd edək ki, 46 yaşlı çalışdırıcı 2014-cü ildən Kataloniya klubunu çalışdırır.
saytlarin hazirlanmasi