"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda "Barselona"dan ayrılmaq qərarını verən Luis Enrikendən danışıb.
Sportal.az xəbər verir ki, 46 yaşlı çalışdırıcı Enrikenin qərarını başa düşdüyünü bildirib:
“Luis Enrikenin komandası 3 il ərzində inanılmaz futbol oynadı. Buna görə ona təşəkkür etməliyik. Qərarını anlayıram və ona ən yaxşısını arzulayıram”.
Xatırladaq ki, Qvardiola 2008/12-ci illərdə "Barselona"nı çalışdırıb.
saytlarin hazirlanmasi