Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone La Liqanın 26-cı turunda “Valensiya”ya qalib gəldikləri oyundan sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı çalışdırıcı klubda xoşbəxt olduğunu bildirib:
“Klubda 200 oyun keçirəcəyimi heç xəyal belə etməmişdim. Amma 300 baryerini aşmışam. Olduğum yerdə xoşbəxtəm. Çətinliklərə baxmayaraq, 5 ildir ki, bütün qəlbiylə oynayan kollektivə sahibəm. “Valensiya” qarşısında da bunu bir daha sübut etdilər”.
“Düzgün yoldayıq”
“Ümid edirəm ki, istədiyimiz tempə düşəcəyik. Məğlub olduğumuz “Barselona” matçı istisna olmaqla, yaxşı oynayırıq və düzgün yoldayıq”.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2011-ci ildən “Atletiko”nun “sükanı arxasında”dır.
saytlarin hazirlanmasi