Çempionlar Liqasının 1/8 finalında PSJ-ni 6:1 hesabı ilə məğlub edərək möcüzəni gerçəkləşdirən və mərhələ adlayan “Barselona”nın baş məşqçisi Luis Enrike açıqlama verib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis qələbəni belə şərh edib:
“Komandada özünəinam hissi itməmişdi. Hamı fövqəladə vəziyyətdə idi. Belə bir oyunu yalnız bir dəfə görmüşəm. Həmin vaxt mən gənc oyunçu idim. Oyundan əvvəl də 6 qol vuracağımızdan danışmışdım. Buraxdığımız qoldan sonra tamamilə riskə atıldıq və buna dəyərdi. Bəzən futbolda belə sonluqlar olur. Sona qədər inandıq və bacardıq. Ümumilikdə, iki oyundan çox şey öyrənməliyik. Azarkeşlər üçün unudulmaz oyun oldu”.
Enrike "Barselona"nı növbəti mərhələyə yüksəldən qolun müəllifi olan Serji Roberto haqda da qısaca danışıb:
"Roberto əvəzedici komandada çıxış edəndə həmişə qol vəziyyətlərini qaçırırdı. "Sən hətta göy qurşağına da qol vura bilmərsən" deyərək, onunla həmişə zarafat edirdim".