“Barselona” – PSJ matçı ölümə səbəb oldu

12:57 - 11 Mart 2017

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Barselona”  - PSJ  oyununun nəticəsi Qabonda 1 nəfərin ölümünə səbəb olub.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı PSJ azarkeşi “Barselona” fanatı olan dostunu öldürüb. Adı açıqlanmayan şəxs dostunun boğazını kəsib. Buna öldürülən şəxsin PSJ azarkeşi olan dostu ilə (qatillə - red) zarafat etməsi səbəb olub.

 

Hadisədən sonra 18 yaşlı gənc saxlanılıb. O, dindirilən zaman cinayəti törətdiyini etiraf edib, amma bunu əvvəlcədən planlaşdırmadığını bildirib.

 

Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyunda PSJ böyükhesablı qələbə qazanmışdı – 4:0. Cavab oyununda isə “Barsa” 6:1 hesablı qələbə qazanaraq mərhələ adlamışdı.

Xəbər xətti