"Barselona"nın ulduz futbolçusu Lionel Messi Suriyada davam edən müharibə ilə bağlı çağırış edib.
Sportal.az xəbər verir ki, Argentina millisinin üzvü bu barədə şəxsi "facebook" səhifəsində yazıb:
“Bir günlük müharibə belə çox ağırdır. Suriyalı uşaqlar isə artıq 6 ildir zorakılığın və müharibənin mərkəzində əsir qalıblar. Bir ata və UNİCEF-in səfiri kimi bu, mənim ürəyimi ağrıdır. Bu müharibəyə son qoyulması üçün siz də səsinizi UNİCEF-ə göndərin”.
saytlarin hazirlanmasi