İspaniyanın "Atletik" klubun düşərgəsində xoşagəlməz anlar yaşanıb.
Sportal.az xəbər verir ki, Bilbao təmsilçisinin qapıçısı Aleks Ramiro ölümdən dönüb. Buna hücumçu İnaki Uilyamsın qüvvətli zərbəsinin gənc qapıçının başına dəyməsi səbəb olub. Nəticədə "Atletik"in 4-cü qapıçısı huşunu itirib.
Həkimlərin ilkin tibbi yardım göstərməsinin ardınca futbolçu xəstəxanaya çatdırılıb. Onun beyin sarsıntısı keçirdiyi bildirilir.
saytlarin hazirlanmasi