Messi "Qranada"ya qarşı oynamayacaq

15:31 - 20 Mart 2017

"Barselona"nın futbolçusu Lionel Messi İspaniya La Liqasının 29-cu turunda "Qranada" ilə oyunu buraxacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb onun ölkə çempioatının 28-ci turunda "Valensiya" ilə görüşdə sarı vərəqə almasıdır. Bu mövsüm sarı vərəqələrini sayı 5-ə yüksələn argentinalı hücumçu cəzalı duruma düşüb. 

 

Qeyd edək ki, "Qranada" - "Barselona" görüşü aprelin 2-i keçiriləcək.

Xəbər xətti