“Barselona”nın futbolçusu Neymar maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu oynamaq istədiyi çempionatın adını açıqlayıb. “Sambaçı” bildirib ki, İngiltərə çempionatında top qovmaq ehtimalı var:
“Premyer Liqa məni heyrətləndirən çempionatdır. Bir gün İngiltərədə oynamaq istəyərəm. “Mançester Yunayted”, “Çelsi”, “Arsenal” və “Liverpul”a heyranam”.
Qeyd edək ki, Braziliya millisinin üzvünün “Barselona” ilə meqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
saytlarin hazirlanmasi