"Real" mənim üçün böyük klub deyildi"

15:26 - 24 Mart 2017

“Real Sosyedad”ın yarımmüdafiəçisi Asyer İlyaramendi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu sabiq klubu olan Madrid "Real"ı haqda danışıb. İlyaramendi "kral klubu"nun böyük komanda olmadığını söyləyib:

 

“Real” mənim üçün böyük klub deyildi. Buna baxmayaraq "Real"a transfer olduğum üçün də peşman deyiləm. Karyeramda yenilik etdim və macəralar yaşadım. Artıq hər şey keçmişdə qalıb, olan olub. Həmin uğursuz çıxışdan sonra indi daha yaxşı formadayam”.

 

Xatırladaq ki, 2013-cü ildə “Real Sosyedad”dan “Real”a transfer olan İlyaramendi Madrid klubunda uğursuz 2 mövsüm keçirmişdi. O, 2015-ci ildə San Sebastiyan təmsilçisinə qayıtmışdı.

Xəbər xətti