"Real"ın prezidenti: "O, hazırda dünyanın ən yaxşı hücumçusudu"

19:47 - 27 Mart 2017

Madrid "Real"ının prezidenti Florentina Peres Kərim Benzemanın karyerasının sonunadək komandada qalmasını istəyir.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nun rəhbəri fransız futbolçunu dünyanın ən yaxşı hücumçusu hesab edir. Peres verdiyi açıqlamada Benzemanın ünvanına təriflər yağdırıb:

 

"Onun oyun stilini Zidanla Ronaldonun vəhdəti olaraq görürəm. Məncə Benzema hazırda dünyanın ən yaxşı 9 nörməsidi. Onun kimi bir forvard tapmaq çox çətindi. Məndən olsa, karyerasının sonunadək "Real"da qalmasını istəyərəm".

 

Qeyd edək ki, 29 yaşlı hücumçu "Real"a 2009-cu ildə "Lion"dan transfer olunub. O, Madrid klubunun heyətində meydana çıxdığı 237 qarşılaşmada 119 qol vurmağı bacarıb.

Xəbər xətti