"Sevilya"nın transfer sehrbazı gedir

14:14 - 31 Mart 2017

“Sevilya”nın idman direktoru Monçi mövsümün sonunda komandanı tərk edəcək.

 

Sportal.az xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında yolları ayıracaqlar. Bu barədə məlumatı Əndəlus təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Monçinin yeni iş yeri də artıq məlumdu. 48 yaşlı funksioner "Roma"da çalışacaq.

 

Xatırladaq ki, mütəxəssis 2000-ci ildən “Sevilya”da çalışırdı.

Xəbər xətti