Luis Enrikedən Messiyə dəstək

18:40 - 1 Aprel 2017

FİFA tərəfindən milli komandanın heyətində 4 matç oynamamaq cəzası alan Lionel Messiyə Luis Enrike dəstək verib.

 

Sportal.az xəbər verir ki, "Barselona"nın çalışdırıcısı yetirməsinə sahib çıxıb. İspan mütəxəssis argentinalı hücumçunun hakimlərə qarşı hər zaman hörmətlə yanaşdığını bildirib:

 

"Messi qüsursuz davranışlar sərgiləyən bir futbolçudu. "Barselona"nın heyətində bu mövsüm bütün turnirlərdə meydana çıxdığı qarşılaşmalarda cəmi 7 sarı vərəqə görüb. Hakimlərə qarşı çox hörmətlə yanaşan oyunçudu. Onun hakimi söyməsinə inanmağım çətindi"

 

Qeyd edək ki, Messi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Argentina - Çili matçından (1 - 0) sonra yan xətt  hakimini söydüyü üçün 4 oyunluq cəzalandırılıb.

Xəbər xətti