"Real" "Facebook" sosial şəbəkəsində bəyənmə sayı 100 milyonu keçən ilk futbol klubu oldu.
Sportal.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat verib. Açıqlamada "Real"ın sosial şəbəkələrdə ən sürətli böyüyən idman markası olduğu qeyd edilib. Klub "facebook"da ötən ildən etibarən səhifənin videolarının 1,6 milyarddan çox izlənildiyini də xatırladıb.
Əlavə edək ki, "Real"dan sonra "Barselona"nın da "facebook" səhifəsinin bəyənmə sayı 100 milyonu keçib.
saytlarin hazirlanmasi