"Barselona" İspaniya La Liqasının 29-cu turunda səfərdə "Qranada"nı 4 - 1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki. bu qarşılaşma Kataloniya təmsilçisinin brazilliyalı futbolçusu Neymar üçün əlamətdar olub. Matçda son qolu vuran "sambaçı" "Barselona" forması ilə 100-cü qoluna imza atıb. 25 yaşlı hücumçu buna 177 oyunda nail olub.
Neymar "Barsa"nın heyətində bu göstəriciyə nail olan 3-cü braziliyalı kimi tarixə düşüb. Ona qədər həmyerliləri - Evaristo (105) və Rivaldo (130) bu nəticəyə nail olmuşdular.
saytlarin hazirlanmasi