Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidan adı komandasının əzəli rəqibi “Barselona” ilə hallanan İsko ilə bağlı qərarını açıqlayıb.
Sportal.az xəbər verir ki, fransız çalışdırıcı yarımmüdafiəçinin komandada qalmasının vacibliyindən danışıb. O, futbolçu ilə yeni müqavilə imzalamaq istədiklərini deyib: “İsko “Alaves”ə qarşı oynadığı kimi oynasa, bu, əladır. Əlbəttə, istəyirəm ki, İsko ilə yeni müqavilə imzalansın. Çünki o, komandamız üçün önəmlidir. İsko “Real”da xoşbəxtdir və burda qalmaq istəyir. Məncə, o “Real”dakı rolundan razıdır”.
Qeyd edək ki, İskonun “kral klubu” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi