İspaniyanın B divizionunda mübarizə aparan “Eldense” klubunun “Barselona B” komandasına 0:12 hesabı ilə uduzmasından çempionatı tərk etdiyi barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, bu oyun haqda İspaniya mətbuatı şok məlumat yayıb. Məlumata görə “Eldense”nin 4 futbolçusunun oyunu satdığı bildirilir. Bu barədə komandanın hücumçusu Şeyka Saada məlumat verib:
“Oyunu kimlərin satdığını bilirəm. Amma indi onların adlarını açıqlamayacam. Söhbət 4 futbolçudan gedir. Oyundan əvvəl komanda yoldaşım mənə yaxınlaşaraq dedi: “Oyun alınıb, sən oynamaq istəyirsən?” Qarşılaşmaya yarım saat qalmış məni əsas heyətdən çıxardılar. Oyundan sonra klub avtobusunda komanda yoldaşlarım dedilər ki, oyunu satanlar paltardəyişmə otağında qalıblar. Mən ora qayıtdım və onlarla mübahisə etdim. Az qalmışdı ki, əlbəyaxa davaya çıxaq”.
“Eldense”nin prezidenti David Aqilar isə açıqlamasında oyuna Çində pul qoyuluşu olduğunu söyləyib:
“Çində bukmekerlər bu oyuna külli miqdarda pul qoyuluşu edib. Bu məsələni araşdıracam. Mənə bir çox məlumatlar çatıb. Bu məslədə bir çox şeyləri üzə çıxaracağıq”.
Xatırladaq ki, AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan 1-ci divizionun “Göyəzən” - “Şərurspor” oyununa (3:3) Çində pul qoyuluşu olduğunu bildirmişdi. Həmin hadisədən sonra hər iki klub çempionatdan kənarlaşdırılmışdı.
saytlarin hazirlanmasi