Millinin hücumçusu yeni müqavilə imzaladı

01:24 - 5 Aprel 2017

İspaniya La Liqa təmsilçisi “Selta” hücumçusu Yaqo Aspasla yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, Viqo təmsilçisinin saytının yaydığı məlumata görə, yeni müqaviləyə əsasən, Aspas 2022-ci ilin yayınadək klubun şərəfini qoruyacaq. Müqavilənin maliyyə tərəfiylə bağlı heç bir açıqlama verilməyib.

 

2015-ci ildən “Selta”nın şərəfini qoruyan Aspas cari mövsümdə şans qazandığı 26 oyunda 15 qola imza atıb. 29 yaşlı hücumçu həm də, İspaniya millisinin üzvüdü.

Xəbər xətti