Zidandan sürpriz Beyl və Ronaldo qərarı

14:14 - 5 Aprel 2017

Kristiano Ronaldo və Qaret Beyl La Liqanın XXX turunda "Leqanes"lə matçda iştirak etməyəcəklər.

 

Sportal.az xəbər verir ki, Madrid "Real"ının aparıcı futbolçularının zədəsi yoxdur. Sadəcə, "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan vacib matçlar öncəsi hər iki futbolçuya istirahət verib. 

 

Bu barədə keçirilən mətbuat konfransında Zidan özü açıqlama verib: “Futbolçulara istirahət vermişəm. Bu, mənim qərarımdır. Başqa deyəcəyim heç nə yoxdur”.

 

Qeyd edək ki, "Real" La Liqa çərçivəsində aprelin 8-də əzəli rəqibi "Atletiko" ilə, bundan 4 gün sonra isə Çempionlar Liqasında "Bavariya" ilə qarşılaşacaq. 

Xəbər xətti