Ulduz futbolçu silahlı hücuma məruz qaldı

17:53 - 7 Aprel 2017

"Atletiko”nun aparıcı futbolçusu Koke xoşagəlməz hadisə ilə üzləşib.

 

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi silahlı hücuma məruz qalıb. Madridin Çamberi bölgəsində avtomobilini götürmək üçün avtoparka düşən Kokeyə orda hücum çəkilib. Belə ki, bir nəfər motosikletlə futbolçuya yaxınlaşaraq, başına silah tutub və 70 min avroluq saatını alaraq, ordan uzaqlaşıb. Kokenin şikayətindən sonra həmin oğrunun axtarışına start verilib.

 

Qeyd edək ki, “Atletiko” sabah İspaniya La Liqasının XXXI turunda “Real”la qarşılaşacaq.

Xəbər xətti