Neymara sərt cəza: "Real"a qarşı oynamayacaq

21:51 - 11 Aprel 2017

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Barselona"nın futbolçusu Neymarı sərt cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, La Liqanın 31-ci turunda "Malaqa" ilə oyunda qırmızı vərəqə görən braziliyalı hücumçuya 3 matçlıq cəza verilib.

 

Bu isə 25 yaşlı forvardın "Real Sosyedad", "Real" (Madrid) və "Osasuna" ilə qarşılaşmalarda forma geyməyəcəyi deməkdi.

Xəbər xətti