Madridin "Real" klubunun futbolçusu Alvaro Morata çalışmaq istədiyi məşqçinin adını açıqlayıb.
Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvü nə vaxtsa hazırda "Çelsi"ni çalşdıran Antonio Kontenin rəhbərliyi altında oynmaq istədiyini deyib. "The Guardian"a açıqlama verən hücumçu fikirlərini belə izah edib:
"İngiltərə Premyer Liqasında bir neçə klubdan təklif almışam. Bir gün "Real"dan ayrılsam, əminliklə deyə bilərəm ki, Londona köçmək istəyəcəm. Amma "Real" necə qərar verəcək, onu bilmirəm. "Çelsi"nin baş məşqçisi Antoni Konte ilə birlikdə çalışmasam da, o, mənə çox güvənir. Konte "Yuventus"da olduğu zaman mənim agentimlə əlaqə saxlamışdı. Amma mən "Yuventus"a gedəndə, Konte orda yox idi. Əlbəttə, böyük bir klubun maraq dairəsində olmaq futbolçuya güc, xüsusi motivasiya verir. Məni daim izlədiyinə görə Konteyə təşəkkür edirəm. Onun marağı sayəsində böyük futbolçu olduğumu dərk etdim. Gec-tez onun rəhbərliyi altında oynayacam".
Qeyd dək ki, futbolçunun az oynamaq şansı qazandığı üçün "kral klubu"ndan ayrılacağı iddia edilir.
saytlarin hazirlanmasi