Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçı çərçivəsində "Barselona" doğma azarkeşləri önündə "Yuventus"u qəbul edəcək.
Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə Xavyer Maskeranonun durumuna aydınlıq gəlib. Əvvəlcə zədəli olduğu üçün futbolçunun matçı buraxacağı deyilsə də, argentinalının adı oyunun iştirak ərizəsinə daxil edilib.
Qeyd edək ki, Turində keçirilən ilk qarşılaşmada ispanlar 0:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi