Madrid “Atletiko”su ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin müdafiəçisi Xuanfran Çempionlar Liqasının “Lester”ə qarşı səfər oyununda (1:1) sıradan çıxıb. Sağ ayaq əzələsindən zədə alan 32 yaşlı müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, “Atletiko” iki oyunun nəticəsinə əsasən (1:0, 1:1) “Lester”i mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.