Luis Enrike: "Bizim üçün final oyunudu"

14:01 - 23 Aprel 2017

İspaniya La Liqasının 33-cü turunda "Barselona" əzəli rəqibi "Real"ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı Luis Enrike “El Klasiko”dakı qələbənin çempionluğun taleyinə aydınlıq gətirməyəcəyini deyib: 

 

“Bu oyun artıq dəqiqləşdirəcək. Ya çempionluq uğrunda mübarizəni davam etdirəcəyik, ya da kənarda qalacağıq. Bizim üçün final oyunudu. Buna heç bir şübhə yoxdu. Bu oyundan sonra digər matçların necə nəticələnəcəyini gözləyəcəyik. Hər necə olsa, şansımız davam edəcək”. 

 

Qeyd edək ki, “Real” - “Barselona” oyunu bu gün saat 22:45-də başlayacaq.

 

Əlavə edək ki, La Liqanın turnir cədvəlində lider Madrid "Real"ıdır (31 oyun, 75 xal). "Kral klub"unun ən yaxın izləyici isə "Barselona"dır (32 oyun, 72 xal). Madridin digər təmsilçisi "Atletiko" isə 3-cü pillədə qərarlaşıb (33 oyun, 68 xal).

Xəbər xətti