İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Barselona" səfərdə əzəli rəqibi "Rea"lı məğlub edib - 3:2.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı Luis Enrike Lionel Messini futbol tarixinin ən yaxşı futbolçusu adlandırıb:
"Messi bütün zamanların ən yaxşı futbolçusudur. Bir çox oyun və videolar izlədim, ancaq Messi kimi oyunçu görmədim. O, meydanda hamıdan fərqlənir. O, "Barselona" formasıyla 500-cü qolunu vurdu. "Barselona" möhtəşəm komandadır, amma tarixinin bir qismini Messiyə borcludur".
Enrike katlonlar üçün möhtəşəm gecə olduğunu söyləyib: "Heç kim "Real"ın dünyanın ən güclü klublarından biri olduğuna şübhə ilə yanaşa bilməz. Biz qalib gəlməyi hədəfləmişdik. Azarkeşlərimizin "Yuventus"la matçda bizi möhtəşəm dəstəklədiklərinə mükafat vermək istəyirdik. Matç istənilən nəticə ilə bitə bilərdi. Ritm çox yüksək idi. Biizm üçün yaxşı nəticə oldu, katalonlar üçün isə möhtəşəm gecə".
Qeyd edək ki, La Liqanın turnir cədvəlinə "Barselona" başçılıq edir (33 oyun, 75 xal). "Real" 2-cidir (32 oyun, 75 xal). Madridin digər təmsilçisi "Atletiko" isə 3-cü pillədə qərarlaşıb (33 oyun, 68 xal).
saytlarin hazirlanmasi