"Real" İspaniya La Liqasının 33-cü turunda əzəli rəqibi "Barselona"ya doğma meydanında məğlub olub - 2:3.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra qırmızı vərəqə alaraq meydanı tərk edən "kral klubu"nun kapitanı Serxio Ramos açıqlama verib. 77-ci dəqiqədə meydandan qovulan Ramos qərarın ağır olduğunu söyləyib:
"Heç vaxt başqa oyunçulara xəsarət yetirmək düşüncəm olmayıb. Qırmızı vərəqənin ağır qərar olduğunu düşünürəm. Hakim haqda çox danışmaq niyyətim yoxdur. Təbii ki, qərar yanlış idi. Amma biz "Barselona" kimi deyilik. Həmişə hakimlərdən danışmırıq. Qərara hörmət edirəm. Onlar həmişə hakimlərdən danışırlar. Bundan imtina etmələri lazımdı".
Maraq üçün bildirək ki, Ramos "El-klasiko" tarixində 5-ci dəfə qırmızı vərəqə alıb və bu rekord göstəricidir.
saytlarin hazirlanmasi